Главная > Dünya > Gürcüstan Türkiyə və Ukrayna ilə müntəzəm aviareysləri bərpa edir

Gürcüstan Türkiyə və Ukrayna ilə müntəzəm aviareysləri bərpa edir


27-01-2021, 14:32. Разместил: azadses
Fevralın 4-dən etibarən Gürcüstan və Türkiyə arasında Tbilisi-İstanbul-Tbilisi istiqaməti üzrə müntəzəm aviareyslərin həyata keçirilməsinə başlanılacaq.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə Tbilisi beynəlxalq hava limanından bildirilib.

Məlumata əsasən, reysləri “Pegasus Airlines” aviaşirkəti həftədə 5 dəfə yerinə yetirəcək. Mart ayından isə uçuşların gündəlik həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunan tarixdən başlayaraq Ukraynanın “SkyUp Airlines” şirkəti də həftədə iki dəfə Kiyev-Tbilisi-Kiyev istiqaməti üzrə aviareyslərə start verəcək.


Вернуться назад