Главная > Dünya / Cəmiyyət > Yoluxub-yoluxmadığınızı bilmək üçün əllərinizə baxın - QIZARTI VARSA... / ARAŞDIRMA

Yoluxub-yoluxmadığınızı bilmək üçün əllərinizə baxın - QIZARTI VARSA... / ARAŞDIRMA


27-01-2021, 11:14. Разместил: azadses
İspaniyada COVID-19 xəstələri üzərində aparılan araşdırma nəticəsində virusun yeni əlamətləri aşkarlanıb.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, mütəxəssislər ağız, əl və ayaqlarda dəyişikliyin müşahidə edildiyini bildiriblər.

Araşdırma Madrid şəhərində baş tutub. 666 orta və ağır dərəcəli xəstələr araşdırmaya cəlb olunub. 

Müəyyən olub ki, təxminən hər dörd xəstədən birinin dilində şişmə, ağrı və düyünlər yaranıb. "Covid dili" adlanan bu vəziyyətin səbəbi hələlik məlum deyil.

Xəstələrin təxminən 40%-nin əl və ayaqlarında qızartı və ya qəhvəyi ləkələrin əmələ gəldiyi müşahidə olunub. 
La Paz Universitetində aparılan araşdırmada koronavirus xəstələri ilə işləyən həkim və tibb bacılarına "koronavirus şübhəsi ilə xəstə gəlirsə, dəqiq diaqnoz üçün onun əllərinə, ayaqlarına və dilinə baxın" tövsiyəsi olunub.


Вернуться назад