Главная > Dünya > İranlı professor ABŞ-da həbs edilib
İranlı professor ABŞ-da həbs edilib25-01-2021, 15:31. Разместил: azadses |
İran universitetlərindən birinin professoru Kavə Əfrasiyabi İslam Respublikasının maraqlarına lobbiçilik edən agent kimi qeydiyyatdan keçmədiyi üçün həbs edilib. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, məlumatı “Fars” agentliyi yayıb. ABŞ-ın Ədliyyə Nazirliyi bildirib ki, Kave Lütfullah Əfrasiyabi qanunsuz fəaliyyətə görə Massaçusets ştatının Uotertaune şəhərində öz evində həbs edilib. İddiaya əsasən, o, İran hökumətinin və İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin gizli əməkdaşı olub. K.Əfrasiyabiyə bu istiqamətdə fəaliyyətinə görə, pul ödənilib. İranın BMT-dəki nümayəndəliyinin mətbuat katibi Əlirza Miryusifi ABŞ-ı tənqid edərək bildirib ki, prezidenti Donald Tramp administrasiyası anti-İran “fantaziyası” ilə seçilib: “Doktor Əfrasiyabi agent deyil, universitet professoru və beynəlxalq münasibətlər üzrə ekspertdir” İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də Əfrasiyabinin həbsinə görə ABŞ-ı tənqid edib, hadisəni insan hüquqları və söz azadlığının ciddi şəkildə pozulması kimi qiymətləndirib. Вернуться назад |