Главная > Dünya > Son 10 ilin ƏN BÖYÜK QƏTL hadisəsi - 5 nəfər evdə...

Son 10 ilin ƏN BÖYÜK QƏTL hadisəsi - 5 nəfər evdə...


25-01-2021, 11:24. Разместил: azadses
ABŞ-ın İndianapolis şəhərində 5 nəfər evdə ölü halda tapılıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, cəsədlər polisə daxil olan məlumat əsasında ötən gün yerli vaxtla 4 radələrində aşkarlanıb.

Onlardan biri hamilə olub, lakin təcili xəstəxanaya çatdırılmasına baxmayaraq, bətnindəki körpə də xilas edilməyib.

Polis sənədlərində şəxslərin ölüm səbəbinin odlu silahla yaralanma olduğu bildirilib.

Faktla bağlı istintaqa başlanılıb.

Bu, son 10 ildə şəhərdə qeydə alınan ən böyük kütləvi qətl hadisəsidir.


Вернуться назад