Главная > Dünya > COVID-19-un ən təhlükəli növü yayıldı - VAKSİNİN TƏSİRİNİ ÖLDÜRÜR

COVID-19-un ən təhlükəli növü yayıldı - VAKSİNİN TƏSİRİNİ ÖLDÜRÜR


25-01-2021, 10:00. Разместил: azadses
Fransa Elm Şurasının sədri Jan Fransis Delfrissi ölkədə yenidən küçəyə çıxmaq qadağasının tətbiq oluna biləcəyini açıqlayıb.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, o, "son 3 həftədə mutasiyalar oyunun qaydalarını dəyişib. Bu isə vəziyyəti fərqli hala salır, vaksinin təsirini azaldır" deyə bildirib.

Delfrissi COVID-19-un mutasiyaya uğramış növlərinə başqa Paris olmaqla, ölkənin bir çox yerində rast gəlindiyini söyləyib. Qeyd edib ki, virusun Cənubi Afrika Respublikası (CAR) mutasiyası peyvəndin təsirini 40% azaldır.

Mütəxəssis həmçinin bunları əlavə edib:

"Araşdırmamız mutasiyaya uğramış virusu daşıyan xəstələrin sayının daha çox olduğunu göstərir. Bunun nəzarətdə saxlamağa çalışacağıq. Böyük ehtimal ki, küçəyə çıxmaq qadağası tətbiq olunacaq".


Вернуться назад