Главная > Dünya > Peskovdan ABŞ-a etiraz: "Bu, daxili işlərimizə qarışmaqdır"

Peskovdan ABŞ-a etiraz: "Bu, daxili işlərimizə qarışmaqdır"


24-01-2021, 16:18. Разместил: azadses
Yanvarın 23-də ABŞ-ın Moskvadakı səfirliyinin razılaşdırılmamış aksiyalarla bağlı paylaşımları Rusiyanın daxili işlərinə qarışmaqdır.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramı üçün müsahibəsində bildirib.
 
“Əlbəttə ki, bunlar yanlış paylaşımlardı. Ddolayısı ilə bizim daxili işlərimizə mütləq müdaxilədir. Bu, Rusiya Federasiyasının qanununun pozulmasına birbaşa dəstək, icazəsiz aksiyalara dəstəkdir”, - deyə Peskov qeyd edib.
 
Prezidentin mətbuat katibinin sözlərinə görə, əgər Rusiyanın ABŞ-dakı diplomatik missiyası Amerikada davam edən iğtişaşlar zamanı bu cür hərəkət etsəydi, “yəqin ki, bu, Vaşinqtonda müəyyən narahatlıq hissi doğurardı”.

Вернуться назад