Главная > Dünya > Azərbaycanlı dənizçinin öldürüldüyü gəmi Qabonun limanında lövbər salıb

Azərbaycanlı dənizçinin öldürüldüyü gəmi Qabonun limanında lövbər salıb


24-01-2021, 14:10. Разместил: azadses
Ötən gün Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalmış “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmi bu gün Qabonun “Gentil” limanında lövbər salıb.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu özünün tvitterdəki səhifəsində bildirib.

“Gəmimiz saat 11:00-da Qabonun “Gentil” limanında lövbər salıb”, - deyə nazir qeyd edib.

Adil Karaismayıloğlu hadisə zamanı həlak olan azərbaycanlı dənizçiyə rəhmət diləyib. O, qeyd edib ki, 15 dənizçinin Türkiyəyə qayıtması üçün bütün imkanlar səfərbər edilib.

Xatırladaq ki, dünən dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.

Вернуться назад