Главная > Dünya > Gürcüstanda koronavirusa 546 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 546 yeni yoluxma qeydə alınıb


24-01-2021, 11:42. Разместил: azadses
Gürcüstanda son sutkada daha 546 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 456 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib.

“Azad Səs” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 253 518 yoluxma faktı təsdiqlənib. Yoluxanların 242 085-i sağalıb, 3 055-i isə dünyasını dəyişib.

Karantin rejimində 511, stasionar nəzarətdə isə 3 272 nəfər saxlanılır. 443 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Report

Вернуться назад