Главная > Dünya > Bağdad hava limanı raket atəşinə tutulub
Bağdad hava limanı raket atəşinə tutulub23-01-2021, 15:10. Разместил: azadses |
Bağdad Beynəlxalq Hava Limanı ötən gecə raket atəşinə tutulub. ''Azad səs'' “Report”-a istinadən xəbər verir ki, hava limanı yaxınlığına “Katyusha” yaylım atəş qurğusuna aid 3 raket düşüb. Bu barədə İraq Birləşmiş Əməliyyat Komandanlığı açıqlama verib. Raketlərdən biri Əl-Cihad dairəsindəki yaşayış evlərindən birinə maddi ziyan vurub. Hadisə nəticəsində zərərçəkən yoxdur. Bu hücumun məsuliyyətini üzərinə götürən yoxdur. Bəzi ehtimallara görə, hücumun hədəfi yaxınlıqdakı ABŞ hərbi bazası olub. Xatırladaq ki, cümə axşamı paytaxt bazarlarının birində kamikadze terrorçu tərəfindən iki bomba partladılması nəticəsində azı 32 nəfər ölmüş, onlarla yaralanan var. Вернуться назад |