Главная > Dünya > Rusiyada pandemiya qurbanlarının sayı 69 minə çatır

Rusiyada pandemiya qurbanlarının sayı 69 minə çatır


23-01-2021, 11:42. Разместил: azadses
Rusiyada son bir gündə daha 20 921 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 696 273 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 559 nəfər artaraq 68 971-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 109 315 nəfər sağalıb.

Report

Вернуться назад