Главная > Dünya > Türkiyə xüsusi təyinatlıları hərəkətə keçdi - DAĞLARDA ƏMƏLİYYAT

Türkiyə xüsusi təyinatlıları hərəkətə keçdi - DAĞLARDA ƏMƏLİYYAT


23-01-2021, 11:26. Разместил: azadses
Türkiyə təhülkəsizlik qüvvələri "Eren-3 Ağrı dağı əməliyyatı"na başlayıb.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, PKK terror təşkilatını ölkə gündəmindən tamamən çıxarmaq və terrorçuları zərərsizləşdirmək məqsədilə əməliyyatlara start verilib. Bununla bağlı "Tendürek" və "Lice"dən sonra "Eren-3 Ağrı dağı əməliyyatı"na başlanılıb.

Əməliyyatda təhlükəsizlik qüvvələrinin müxtəlif qrupları və xüsusi təyinatlı qüvvələrdən ibarət 59 qrup və 1040 heyət üzvü iştirak edəcək.


Вернуться назад