Главная > Dünya > Ermənistanda Rusiya hərbçisi ölüb

Ermənistanda Rusiya hərbçisi ölüb


23-01-2021, 10:41. Разместил: azadses
Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının hərbçisi Leonid Xomyakov ölüb.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, o, ötən gecə baş verən yol qəzasında həyatını itirib.

Məlumata görə, 25 yaşlı hərbi qulluqçunun avtomobili yük maşınına çırpılıb. Nəticədə avtomobildə yanğın başlayıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад