Главная > Dünya > Rusiyada pandemiya qurbanlarının sayı 68 412-yə çatıb

Rusiyada pandemiya qurbanlarının sayı 68 412-yə çatıb


22-01-2021, 11:13. Разместил: azadses
Rusiyada son bir gündə daha 21 513 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 677 352 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 580 nəfər artaraq 68 412-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 081 536 nəfər sağalıb.

Report

Вернуться назад