Главная > Dünya > General istefa verdi

General istefa verdi


22-01-2021, 09:51. Разместил: azadses
Kanadanın General-Qubernatoru Jüli Peyett tabeliləri ilə qalmaqal fonunda istefa verib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə onun bəyanatında deyilir.
 
“Ölkədə 28 il xidmətdən sonra istefa ərizəsi yazdım. Mən bu barədə Baş nazir Castin Trüdoya məlumat verdim”, - o deyib. Peyett vurğulayıb ki, “hər bir insanın təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var”. “Son bir neçə ay ərzində Rido-hollda (General-Qubernatorun iqamətgahı – red.) gərginlik yarandı, mən bundan təəssüf hissi keçirirəm”, - deyə Peyett əlavə edib.
 
Trüdo artıq ölkənin General-Qubernatorunun istefasını qəbul etdiyini bildirən bəyanat yayıb. Bu vəzifələri müvəqqəti olaraq Ali Məhkəmənin rəhbəri Riçard Vaqner icra edəcək.

Вернуться назад