Главная > Dünya > Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq

Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq


20-01-2021, 15:16. Разместил: azadses
ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimindən sonra imzalayacağı ilk fərmanlar açıqlanıb.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, yeni prezidentin imzalayacağı sənədlər arasında Meksika ilə sərhəddə ucaldılan divarın tikintisinin dayandırılması, eləcə də ABŞ-ın Paris iqlim sazişinə və Ümumdünya Səhiyyə Təşkilatına geri dönməsi barədə fərmanlar yer alıb.

Qeyd edək ki, Co Bayden bu gün prezident səlahiyyətlərinin icrasına başlayacaq.

Вернуться назад