Главная > Dünya > Rusiyada 21 152 nəfər COVID-19-a yoluxub
Rusiyada 21 152 nəfər COVID-19-a yoluxub20-01-2021, 12:21. Разместил: azadses |
Rusiyada son 24 saatda 21 152 nəfərə COVID-19 diaqnozu qoyulub. “Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 633 952 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 597 nəfər artaraq 67 220-yə yüksəlib. Bundan başqa, indiyədək Rusiyada koronavirusa yoluxan 3 027 316 pasiyent sağalıb. Report Вернуться назад |