Главная > Dünya > Bu baş verərsə, S-400 istifadə olunmayacaq - Professordan ŞOK AÇIQLAMA

Bu baş verərsə, S-400 istifadə olunmayacaq - Professordan ŞOK AÇIQLAMA


19-01-2021, 14:37. Разместил: azadses
Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini tədarük etməsi ABŞ-da böyük narahatlıq yaratmaqda davam edir.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Türkiyəyə F-35 qırıcılarını verməkdən imtina edən ABŞ yeni addım atmağa hazırlaşır.

Rusiya Araşdırmaları İnstututunun prezdenti Salih Yılmazın sözlərinə görə, 17 fevralda keçiriləcək NATO Liderlər Zirvəsində Türkiyəyə qarşı plan tətbiq oluna bilər: “Türkiyə-ABŞ arasında S-400 başda olmaqla, Suriya və digər məsələlərdə yol xəritəsi zirvədə müəyyən edilə bilər. Rusiya yenə önəmli təhdid olaraq bəyanatda yer alar və Türkiyə bunu imzalayarsa, S-400 sistemləri işləmədən anbarda qala bilər”.


Вернуться назад