Главная > Dünya > Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var

Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var


16-01-2021, 15:32. Разместил: azadses
İndoneziyanın Qərbi Sulavesi adasında meydaan gələn 6,2 bal gücündəki zəlzələnin törətdiyi dağıntılar nəticəsində ölənlərin sayı 46-ya çatıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Milli Fövqəladə Hallar Agentliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Raditya Cati bildirib.

Onun sözlərinə görə, 826 yaralı var. Bölgədən 15 mindən çox sakin təxliyə olunub.

Xəstəxana, dövlət müəssisəsi və liman ofisləri kimi qurumlar da daxil olmaqla, 415 binaya zərər dəyib.

Qeyd edək ki, zəlzələ ötən gün gecə saat 01:28-də meydana gəlmişdi.


Вернуться назад