Главная > Dünya > Vladimir Putindən MÜHÜM AÇIQLAMA

Vladimir Putindən MÜHÜM AÇIQLAMA


15-01-2021, 16:53. Разместил: azadses
Rusiya Vladimir Putin ölkəsinin Təhlükəsizlik Şurasının daimi üzvlərinə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüş barədə məlumat verib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
 
V.Putin Təhlükəsizlik Şurasının üzvlərinə üçtərəfli danışıqların nəticələrini müzakirə etməyi təklif edib.
 
Müşavirədə dövlət başçısı ilə yanaşı baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə prezidentin xüsusi nümayəndəsi Sergey İvanov.

Вернуться назад