Главная > Dünya > Rusiyada son sutkada 570 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son sutkada 570 nəfər pandemiyanın qurbanı olub


14-01-2021, 13:05. Разместил: azadses
Rusiyada son bir gündə daha 24 763 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 495 816 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 570 nəfər artaraq 63 940-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 882 044 nəfər sağalıb.

Report

Вернуться назад