Главная > Dünya > İrandan dünyanı QORXUYA SALAN AÇIQLAMA: 8 ay ərzində...

İrandan dünyanı QORXUYA SALAN AÇIQLAMA: 8 ay ərzində...


12-01-2021, 13:12. Разместил: azadses
“20 faiz zənginləşdirilmiş 120 kiloqram uranı 8 aydan daha qısa müddətdə istehsal edə bilərik”.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi deyib.
Onun sözlərinə görə, parlamentin təsdiqindən sonra uranın 20 faiz zənginləşdirilməsinə başlanılıb və 1 il ərzində 12 kiloqram uran istehsalı hədəflənib: “Hazırda 4 tona yaxın xammalımız mövcuddur, buna görə də parlamentin tələbi bizim üçün əlçatan hədəfdir. Hətta bunu 8 ay ərzində həyata keçirə bilərik”.

Qeyd edək ki, iranlı elm adamı Möhsün Fəxrizadənin sui-qəsdindən sonra parlament hökumətin etirazlarına rəğmən, 1 dekabr 2020-ci ildə qanun layihəsini təsdiq etdi. Qanun Atom Enerjisi Təşkilatının uranı ən az 20% zənginləşdirməyə başlamasını və aşağı səviyyəli zənginləşdirilmiş uran deposunu artırmasını məcburi edir.

Вернуться назад