Главная > Dünya > Rusiyada koronavirusdan ölənlərin sayı 62 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 62 mini ötdü


11-01-2021, 13:30. Разместил: azadses
Rusiyada son bir gündə daha 23 315 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 425 269 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 436 nəfər artaraq 62 273-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 800 675 nəfər sağalıb.Report


Вернуться назад