Главная > Dünya > Əfqanıstana endirilən hava zərbəsi nəticəsində 18 nəfər həlak olub

Əfqanıstana endirilən hava zərbəsi nəticəsində 18 nəfər həlak olub


11-01-2021, 08:10. Разместил: azadses
Əfqanıstanın Nimroz əyalətinə hava zərbəsi endirilib.
''Azad Səs'' xəbər verir ki, bu barədə əyalət şurasının rəhbəri Məhəmməd Nəsir 
"Tolonews" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, hava zərbəsi nəticəsində azı 18 nəfər həlak olub. Əyalət rəsmisi qeyd edib ki, həlak olanlar dinc sakinlərdir. Onların 8-i uşaq, 7-si qadın, 3-ü kişidir.
Telekanal daha əvvəl hava zərbəsi nəticəsində 12 mülki şəxsin həlak olduğunu xəbər verib.Report

Вернуться назад