Главная > Dünya > Ərdoğan: "Heç vaxt icazə verməyəcəyik...”
Ərdoğan: "Heç vaxt icazə verməyəcəyik...”10-01-2021, 16:15. Разместил: azadses |
Türkiyə olaraq mətbuat azadlığından imtina etməyəcək, konsepsiyanın sui-istifadə edilməsi, daxildə və xaricdə ölkəmiz əleyinə qara təbliğat üçün istifadə edilməsinə heç vaxt icazə verməyəcəyik. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 yanvar çalışan jurnalistlər günü münasibətilə təbrik mesajında bildirib. "Cəmiyyətin xəbərə olan tələbatının təmin olunması və düzgün məlumatlandırılması baxımından media demokratiyanın mühüm bir elementi olaraq gündəmə gəldi. Ədalətli mətbuatımız və jurnalistlərimizin ölkəmizə sülhün, əmin-amanlığın və inamın möhkəmlənməsində böyük payları var. Onların bundan sonra da ictimaiyyəti düzgün məlumatlandırma vəzifələrini yerinə yetirəcəklərinə və demokratiyamıza töhfə verməyə davam edəcəklərinə inanıram", - Türkiyə prezidenti vurğulayıb. Вернуться назад |