Главная > Dünya > Türkiyə MN: 226 terrorçu zərərsizləşdirilib

Türkiyə MN: 226 terrorçu zərərsizləşdirilib


10-01-2021, 15:49. Разместил: azadses
Türkiyə Silahlı Qüvvələri ölkənin və millətin təhlükəsizliyini təmin etmək üçün daxildə və sərhədlərdən kənarda terror təşkilatlarına qarşı mübarizəni qətiyyətlə davam etdirir.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda əməliyyatların gecə-gündüz, dağ-dərə demədən böyük qətiyyətlə aparıldığı ifadə edilib və son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizənin davam etdiriləcəyi vurğulanıb: “Bu baxımdan son bir ayda 8-i böyük, 35-i ortamiqyaslı olmaqla 43 əməliyyat həyata keçirilib. Bu əməliyyatlar nəticəsində 226 terrorçu zərərsizləşdirilib”.


Вернуться назад