Главная > Dünya > ​​​​​​​Rusiyada koronavirusla bağlı son statistika

​​​​​​​Rusiyada koronavirusla bağlı son statistika


10-01-2021, 11:47. Разместил: azadses
Rusiyada son bir gündə daha 22 851 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 401 954 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 456 nəfər artaraq 61 837-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 778 889 nəfər sağalıb.Report


Вернуться назад