Главная > Dünya > Roma Papası peyvənd olunacaq

Roma Papası peyvənd olunacaq


10-01-2021, 10:45. Разместил: azadses
Roma Papası Fransisk koronavirusa qarşı peyvənd olunacağını açıqlayıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Papa vaksinin təhlükəli olmadığını bəyan edib.
 
“Bəzi insanların niyə “peyvənd təhlükəlidir” dediyini başa düşə bilmirəm. Əgər həkimlər bunu təhlükəli hesab etmirsə, niyə peyvənd olunmayaq? İntihara meylli bir inkar var, amma vaksinasiya olunmalıdır".
 
Vatikanda gələn həftə peyvəndləmənin başlayacağını deyən Papa özünün də siyahıya yazıldığını söyləyib: "Peyvənd vurdurulmalıdır".

Вернуться назад