Главная > Dünya > Gürcüstanda koronavirusa yoluxanların sayı 2 058 nəfər artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 2 058 nəfər artıb


9-01-2021, 10:09. Разместил: azadses
Gürcüstanda ötən sutkada daha 2 058 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 529 nəfər sağalıb, 22 pasiyent isə ölüb.

“Azad Səs” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 238 086 nəfər təşkil edir. Onların 224 718-i sağalıb, 2 750-si isə vəfat edib.

Hazırda karantində 512, stasionar nəzarətdə 3 867 nəfər saxlanılır. 754 nəfər isə xüsusi otellərdə müalicə olunur.Report


Вернуться назад