Главная > Dünya > Donald Tramp məsuliyyətə cəlb edilə bilər

Donald Tramp məsuliyyətə cəlb edilə bilər


8-01-2021, 08:17. Разместил: azadses
Kolumbiya dairəsinin baş prokuroru vəzifəsini icra edən Maykl Şervin ABŞ Konqresində baş verən iğtişaşlarla əlaqədar hazırkı Prezident Donald Trampa qarşı ittiham irəli sürülə biləcəyini istisna etməyib.

“Azad Səs”-in məlumatına görə, bu barədə “CNBC” xəbər yayıb.

“Prezidentin zorakılığa təhrik etdiyi üçün məsuliyyətə cəlb olunma ehtimalı nəzərdən keçirilirmi” sualına cavabında Şervin deyib:

“Bəli, bütün iştirakçılar barədə - təkcə binaya daxil olanlar deyil, buna təhrik edənlər və ya bir növ müşayiətçi rol oynayan digərləri barədə araşdırma aparırıq. Dəlillər cinayət tərkibinin olmasını göstərirsə, mütləq ittiham irəli sürüləcək”.Report




Вернуться назад