Главная > Dünya > Rusiyada pandemiya qurbanlarının sayı 60 mini ötdü
Rusiyada pandemiya qurbanlarının sayı 60 mini ötdü7-01-2021, 11:54. Разместил: azadses |
Rusiyada son bir gündə daha 23 541 nəfərə COVID-19 diaqnozu qoyulub. “Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 332 142 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 506 nəfər artaraq 60 457-yə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 709 452 nəfər sağalıb.Report Вернуться назад |