Главная > Dünya > Ermənistanda koronavirusdan ölənlərin sayı 2 900-ü ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 900-ü ötdü


7-01-2021, 09:54. Разместил: azadses
Ermənistanda daha 201 nəfərdə koronavirus aşkarlanıb.

“Azad Səs” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 161 054 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 2 901-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 695-ə yüksəlib. İndiyədək 147 388 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 10 070 aktiv koronavirus xəstəsi var.


Вернуться назад