Главная > Dünya > Vaşinqtonda 50-dən çox adam nəzarətə götürüldü

Vaşinqtonda 50-dən çox adam nəzarətə götürüldü


7-01-2021, 08:51. Разместил: azadses
ABŞ-ın paytaxtı Vaşinqtonda çərşənbə gecəsi iğtişaşlar səbəbindən tətbiq edilən komendant saatından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 50-dən çox adamı saxlayıb.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə paytaxtın polis idarəsinin rəisi Robert Konti mətbuat konfransında bildirib:
“Saat 21:30-dan etibarən 52 nəfər saxlanılıb”.
Onun sözlərinə görə, həmin şəxslərin 26-sı Kapitoli binasına girənlər olub.
Saxlanılanların əksəriyyəti komendant saatı rejimini pozmaqda günahlandırılır. Silah gəzdirmə və ya qanunsuz silah saxlama qaydalarını pozduğuna görə daha bir neçə nəfər tutulub.
Paytaxtın Kolumbia dairəsi səlahiyyətliləri şəhərdəki iğtişaşlar fonunda komendant saatı tətbiq ediblər.



Вернуться назад