Главная > Dünya > Avropa İttifaqından ABŞ-da baş verənlərlə bağlı AÇIQLAMA
Avropa İttifaqından ABŞ-da baş verənlərlə bağlı AÇIQLAMA7-01-2021, 08:07. Разместил: azadses |
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell Vaşinqtonda baş verənləri “ABŞ demokratiyasına və qanunun aliliyinə hücum” kimi qiymətləndirib. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, J.Borell bu barədə Tvitter hesabında yazıb. “Bütün dünyanın gözü qarşısında ABŞ demokratiyası bu gün mühasirədədir. Bu, demokratiyaya, ABŞ institutlarına və qanunun aliliyinə hücumdur”, deyə Borell qeyd edib. O, ABŞ prezident seçkilərinin nəticələrinə hörmət edilməli olduğunu vurğulayıb. Вернуться назад |