Главная > Dünya > Paşinyan özünü təcrid etdi

Paşinyan özünü təcrid etdi


6-01-2021, 12:51. Разместил: azadses
Ermənistan Baş naziri Nikol Paşinyan ölkədəki epidemioloji vəziyyətə görə özünü təcrid edib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Mane Gevorqyan “Sputnik Ermənistan”a açıqlama verib.

Gevorgyan Paşinyanın koronavirus testindən keçib-keçməməsi və vəziyyəti ilə bağlı sualları şərh etməyib.

Qeyd edək ki, Ermənistanda bu günə qədər 160 853 koronavirusa yoluxma faktı qeydə alınıb, 2890 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Вернуться назад