Главная > Dünya > Ermənistanda koronavirusdan ölənlərin sayı 2 900-ə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 900-ə çatıb


6-01-2021, 11:05. Разместил: azadses
Ermənistanda daha 309 nəfərdə koronavirus aşkarlanıb.

“Azad Səs” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 160 853 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 2 890-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 692-yə yüksəlib. İndiyədək 146 576 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 695 aktiv koronavirus xəstəsi var.Report


Вернуться назад