Главная > Dünya > Rusiya XİN Pompeoya cavab verdi

Rusiya XİN Pompeoya cavab verdi


4-01-2021, 15:17. Разместил: azadses
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Mayk Pompeoya cavab verib.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bir müddət öncə Pompeonun "Twitter" səhifəsində Rusiya haqqındakı paylaşıma Rusiya XİN öz "Twitter" səhifəsində paylaşım edərək cavab verib.
Belə ki, Mayk Pompeo öz tvitində heç bir prezident administrasiyasının Rusiyaya qarşı Donald Trump administrasiyası qədər sərt davranmadığını yazmışdı. Buna cavab olaraq Rusiya XİN sosial şəbəkədəki rəsmi səhifəsində Adolf Nortenin "Napoleonun geri çəkilməsi" adlı rəsmini Pompeonun ifadələrini istehzalı şəkildə təkrarlayaraq paylaşıb.
 
Вернуться назад