Главная > Dünya > Qarabağdan sonra bu ərazilər də azad olunacaq - PUA-lar hazır vəziyyətə gətirildi...

Qarabağdan sonra bu ərazilər də azad olunacaq - PUA-lar hazır vəziyyətə gətirildi...


4-01-2021, 13:56. Разместил: azadses
Ukrayna Dəniz Donanması komandanı Aleksey Neijpapa Türkiyə istehsalı olan PUA-ları almağa hazırlaşdıqlarını bildirib.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, o, açıqlamasında "Bayraqdar TB2" PUA-larının dənizdəki fəaliyyətini izlədiklərini qeyd edib:

"2021-ci ildə Dəniz Donanmasının üçün Türkiyə PUA-larına ehtiyacımız var. Sınaqdan keçirdik və nəticə çox gözəl oldu".

Məlumata görə, Ukrayna Ordusu bu PUA-lardan Donbas və Luqanskdakı separatçılara qarşı istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycan Ordusu Vətən müharibəsində Türkiyə istehsalı olan PUA-larla düşmənə ağır zərbələr vurub. Sözügedən PUA-lar Liviyadakı hərbi əməliyyatlar zamanı da sınaqdan uğurla çıxıb.

Вернуться назад