Главная > Dünya > Gürcüstanda koronavirusa 594 yeni yoluxma aşkarlanıb

Gürcüstanda koronavirusa 594 yeni yoluxma aşkarlanıb


4-01-2021, 11:10. Разместил: azadses
Gürcüstanda ötən sutkada daha 594 nəfərə koronavirus diaqnozu qoyulub, 1 963 nəfər müalicə olunaraq sağalıb, 25 pasiyent isə vəfat edib.

“Azad Səs” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 229 763 təşkil edir. Onların 222 405-i sağalıb, 2 628-i isə ölüb.

Hazırda karantin zonalarında 386, stasionar nəzarətdə 4 209 nəfər var. 840 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.Report


Вернуться назад