Главная > Dünya > Son sutka ərzində koronavirusa 193 nəfər yoluxub, 14 nəfər vəfat edib - Ermənistanda

Son sutka ərzində koronavirusa 193 nəfər yoluxub, 14 nəfər vəfat edib - Ermənistanda


4-01-2021, 10:50. Разместил: azadses
Ermənistanda daha 193 nəfərdə koronavirus aşkarlanıb.

“Azad Səs” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 160 220 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 2 864-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin digər səbəblərdən ölənlərin sayı isə 691-ə yüksəlib. İndiyədək 144 831 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 834 aktiv koronavirus xəstəsi var.Report

Вернуться назад