Главная > Dünya > İran generalından ABŞ-a XƏBƏRDARLIQ: Cavabsız qalmayacaq

İran generalından ABŞ-a XƏBƏRDARLIQ: Cavabsız qalmayacaq


3-01-2021, 10:07. Разместил: azadses
“Əbu Musa, Böyük və Kiçik Tunb adaları milli müstəqilliyimizin ayrılmaz hissəsidir və bura bölgədən kənar qüvvələrə qarşı mübarizədə ən öndə gələn müdafiə xəttimizdir”.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İranın suverenliyini iddia etdiyi İran körfəzindəki Əbu Musa adasını və oradakı hərbçiləri ziyarət edərkən deyib.

ABŞ ilə yaşanan gərginliklə bağlı da açıqlamalar verən general bildirib ki, düşmənlərin hər hansı təhdid və hücumları cavabsız qoyulmayacaq.

Qeyd edək ki, ABŞ-ın Bağdaddakı səfirliyi iki həftə əvvəl raket hücumuna məruz qalmışdı. Vaşinqton rəhbərliyi buna görə İranı günahlandırır.


Вернуться назад