Главная > Dünya > Bir neçə hərbçi partlayış nəticəsində həlak olub, yaralananlar var - İraqda

Bir neçə hərbçi partlayış nəticəsində həlak olub, yaralananlar var - İraqda


2-01-2021, 08:07. Разместил: azadses
İraqda azı üç hərbi qulluqçu əldəqayırma partlayıcı qurğunun partladılmasının qurbanı olub.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı bildirib.
 
Qeyd edilir ki, hadisə Kərkük əyalətinin cənubunda olub. Partlayış nəticəsində bir zabit və iki əsgər həlak olub.
 
Hadisənin digər təfərrüatları açıqlanmır.
 
Kərkük Polis Depatamentinin mətbuat katibi Amir Nuri isə “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, hadisə Dakuk rayonu ərazisində baş verib. Onun sözlərinə görə, İraq ordusuna məxsus avtomobil yoldan keçərkən partlayıcı qurğu işə düşüb. Amir Nuri partlayış nəticəsində bir hərbçinin həlak olduğunu, daha dörd əsgərin yaralandığını bildirib.
 
O, qeyd edib ki, hadisə İŞİD terror qruplaşması tərəfindən törədilib.

Вернуться назад