Главная > Dünya > Ordu generalı əmr verdi - Qardaş ölkə rəsmi şəkildə başladı

Ordu generalı əmr verdi - Qardaş ölkə rəsmi şəkildə başladı


1-01-2021, 15:53. Разместил: azadses
Pakistan “JF-17 Thunder Blok III” tipli döyüş təyyarələrinin kütləvi istehsalına rəsmi şəkildə başlayıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, istehsal prosesi “Kamra” Pakistan Aviasiya Kompleksində (PAC) ordu generalı Mücahid Ənvər Xan tərəfindən başladılıb.

Mərasimdə Pakistan-Çin müştərək istehsalı olan “JF-17 Thunder Blok II”nin təqdimatı da baş tutub.

62 ədəd “JF-17 Thunder Blok III” təyyarəsi 2024-cü ilə qədər Pakistan ordusuna təhvil veriləcək.


Вернуться назад