Главная > Dünya > İran Süleymaninin qisasını orada alacaq - ŞOK TƏHDİD

İran Süleymaninin qisasını orada alacaq - ŞOK TƏHDİD


1-01-2021, 14:41. Разместил: azadses
İslam İnqilabı Keşikçiləri Korpusu “Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Qasım Süleymaninin intiqamı alınacaq.

''Azad Səs'' Publika.az- istinadən xəbər verir ki, bu sözləri həmin postda onu əvəz edən İsmayıl Kaani Tehran Universitetində təşkil olunan anma mərasimindəki çıxışında deyib.

“Açıq şəkildə deyirəm ki, Qüds Qüvvələri və müqavimət hərəkatının yolu ABŞ-ın işlədiyi cinayətlər səbəbilə dəyişməyəcək. Evinizin içində (ABŞ-da) belə bu işlədiyiniz cinayətin cavabını verəcək insanların olması mümkündür”, - general deyib.

Sui-qəsd təlimatı verdiyini açıqlayan ABŞ prezidenti Donald Trampı hədəf alan Kaani onu dünyanın ən qəddar və çirkli insanı adlandırıb.

Qeyd edək ki, Q.Süleymani 3 yanvar 2020-ci ildə Bağdad hava limanında sui-qəsdə məruz qalmışdı.


Вернуться назад