Onun sözlərinə görə, 2020-ci il sınaqların, faciələrin və göz yaşlarının ilinə çevrilib və COVID-19 pandemiyası insanların həyatını alt-üst edib.
“Artıq bir çox yaxınlarımızı itirdik və pandemiya isə hələ də tüğyan edir, yeni insanlara zərər vurur. Dünyada yoxsulluq, bərabərsizlik və aclıq səviyyəsi artır. İş yerləri yox olur və borclar yığılır. Xüsusilə uşaqlar üçün çətindir”, - deyə A. Quterreş bildirib.