Главная > Dünya > İran da vaksin istehsal etdi

İran da vaksin istehsal etdi


29-12-2020, 13:43. Разместил: azadses
İran istehsal etdiyi “COVO İRAN Barakat” peyvəndini ilk dəfə insanlar üzərində sınaqdan keçirib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, tətbiq səhiyyə naziri Səid Nemeki və digər səlahiyyətli şəxslərin iştirakı ilə baş tutub.
 
Peyvənd hazırlayan alimlər qrupuna rəhbərlik edən Məhəmməd Muhbirin qızı Tayyibe Muhbir vaksin vurulan ilk könüllü olub.
 
Peyvənd bu gün daha 3 nəfərə vurulacaq. Peyvənd vurulduqdan sonra könüllülərdə şok və qızdırma kimi əlamətlər müşahidə olunmayıb.
 
Peyvənd həm qızılca, həm də koronavirus xəstələri üçün nəzərdə tutulub.
 
Bildirilir ki, indiyədək İranda 65 min nəfər peyvənd olunmaq üçün qeydiyyatdan keçirilib. İlkin mərhələdə peyvənd 56 nəfərə mərhələli şəkildə vurulacaq.

Вернуться назад