Главная > Dünya > Ermənistanda koronavirusdan ölənlərin sayı 2 797-yə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 797-yə çatıb


29-12-2020, 11:29. Разместил: azadses
Ermənistanda daha 348 nəfərdə koronavirus aşkarlanıb.

“Azad Səs” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 157 948 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 2 797-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 676-ya yüksəlib. İndiyədək 140 942 pasiyent infeksiyadan sağalıb.Report


Вернуться назад