Главная > Dünya > Ermənistan prezidentindən Paşinyana GÖZLƏNİLMƏZ ZƏRBƏ
Ermənistan prezidentindən Paşinyana GÖZLƏNİLMƏZ ZƏRBƏ28-12-2020, 16:59. Разместил: azadses |
Hökumətin heç bir günahı olmasa da, bu səhifə bağlanmalı və hər şey sıfırdan başlanmalıdır. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib. O, həm baş nazir Paşinyan, həm də müxalifət nümayəndələri ilə görüşdüyünü və bütün partiyaları eyni masaya oturtmaq üçün görüşləri davam etdirmək niyyətində olduğunu söyləyib: "İlk gündə olduqca sadə və aydın bir təkliflə çıxış etdim. Hökumət istefaya getməlidir, çünki uduzduğunuz zaman onun işinə davam etməsi çox çətindir. Bu gün sərvətimizdən necə istifadə edəcəyimizi müəyyənləşdirməsək, 5-10 il sonra daha böyük bir məğlubiyyətə uğrayacağıq". Вернуться назад |