Главная > Dünya > PKK rus əsgərlərinə hücum etdi - Hərbi polis bölgəyə yeridildi
PKK rus əsgərlərinə hücum etdi - Hərbi polis bölgəyə yeridildi28-12-2020, 12:54. Разместил: azadses |
Türkiyə Silahlı Qüvvələrinin “Sülh çeşməsi” anti-terror əməliyyatını həyata keçirdiyi Suriyanın Ayn İsa bölgəsində sabitliyi pozan 20 PKK/YPB ünsürü zərərsizləşdirilib. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bölgədəki Rusiyaya aid müşahidə-keçid məntəqəsinə mülki geyimdəki şəxslər hücum edib. Onlar məntəqəni daşlayaraq bölgənin nəzarətinin terror təşkilatına verilməsini tələb edib. Rus əsgərləri etirazçılara müdaxilə etməyib. Qısa müddətdən sonra bölgəyə Rusiyanın hərbi polisi yeridilib. Gərginliyə görə rusların bölgədə hərbi bazası qurulub. Вернуться назад |