Главная > Dünya > Koronavirusa 1 097 yeni yoluxma qeydə alınıb, 25 nəfər ölüb - Gürcüstanda

Koronavirusa 1 097 yeni yoluxma qeydə alınıb, 25 nəfər ölüb - Gürcüstanda


27-12-2020, 10:38. Разместил: azadses
Gürcüstanda ötən sutkada koronavirusa 1 097 yeni yoluxma faktı təsdiqlənib, 3 208 nəfər sağalıb, 25 pasiyent isə vəfat edib.
''Azad Səs'' xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 221 605 nəfərdə aşkarlanıb. Onların 203 547-si sağalıb, 2 377-si isə ölüb.
Karantin zonalarında 420, stasionar nəzarətdə 5 677 nəfər var. 1 393 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.Report

Вернуться назад