Главная > Dünya > "Paşinyan çox kiçik adamdır" - Erməni deputat

"Paşinyan çox kiçik adamdır" - Erməni deputat


26-12-2020, 12:39. Разместил: azadses
"Paşinyan çox kiçik adamdır".
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri müxalif Çiçəklənən Ermənistan Partiyasından parlamentə seçilmiş deputat Naira Zohrabyan səsləndirib. O, parlamentin insan haqları üzrə daimi komissiyasının rəhbəri vəzifəsindən kənarlaşdırılması ilə bağlı hakim "Mənim addımım" fraksiyasının qaldırdığı təşəbbüsə münasibət bildirərkən belə deyib.
"Paşinyan çox kiçik adamdır. Mənim postumdan kənarlaşdırılmağımla bağlı təşəbbüs qaldırmaq üçün hakim fraksiyaya şəxsən Nikol Paşinyan özü göstəriş verib. Çünki Paşinyan mənim bu vəzifədə olmağımı faciə sayır, həzm edə bilmir", - deyə Zohrabyan əlavə edib.
Qeyd edək ki, Zohrabyan Paşinyan tərəfdarlarını "zibil" adlandırdığı üçün hakim fraksiya insanları şəxsi seçimlərinə görə təhqir edən belə bir adamın insan hüquqları barədə komissiyaya sədrlik etməyini qəbuledilməz sayaraq onun bu postdan kənarlaşdırılması ilə bağlı təşəbbüs qaldırmışdılar.

Вернуться назад